Şriftin ölçüsü :

Saytın rəngi :

“Skautlar təbiətin dostudur!” adlı ekoloji tədbirlərin təşkili” layihəsi çərçivəsində skaut liderləri üçün ekoloji təlimlər keçirildi.

04 iyun 2018 | 16:00

1-3 iyun 2018-ci il tarixlərində Biləsuvar rayonunda Azərbaycan Skautlar Assosiasiyası tərəfindən “Skautlar təbiətin dostudur!” adlı ekoloji tədbirlərin təşkili” layihəsi çərçivəsində skaut liderləri üçün ekoloji təlimlər keçirilmişdir.
“Skautlar təbiətin dostudur!” adlı ekoloji tədbirlərin təşkili” layihəsi çərçivəsində skaut liderləri üçün ekoloji təlimləri çərçivəsində iştirakçılar müəyyən edilmiş ərazidə küknar ağacları əkmişlər sonra “Təkrar emal (art)” adlı təlimi,“Qorumaq üçün tanımaq lazımdır, Təbiəti tanı!” , “Bionika, Təbiətdən motivasiya”, “No plastic təlimi icra olunmuşdur. Daha sonra Biləsuvar Yanğından Mühafizə Hissəsinin rəsmilərinin iştirakı ilə “Ətraf mühitin mühafizəsi” adlı təlim baş tutmuşdur. Həmçinin bu zaman praktik olaraq, yanğın həyacanı verilmiş və iştirakçılar meşə ərazisində yanğının söndürülməsi prosesində iştirak etmişlər. Skautlar şəhər gəzintisi zamanı Biləsuvar Tarix-diyarşünaslıq muzeyində və H.Əliyev Mərkəzində eyni zamanda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyində olublar. Daha sonra təlim proqramının rəsmi bağlanış və bayraqların endirilməsi mərasimi olmuşdur. Mərasimdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov da iştirak etmişdir. Mərasim və təlim proqramı iştirakçılara sertifikat, könüllülərə isə təşəkkürnamələrin təqdim edilməsindən sonra başa çatmışdır.

Keçidlər