Şriftin ölçüsü :

Saytın rəngi :

“1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.

01 iyun 2018 | 16:00

01 iyun 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 3 saylı uşaq bağçasında  “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, məktəbəqədr təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən diqqət və qayğıdan danışdı.
Qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu Öndər Heydər Əliyev uşaqlara dövlər səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda  yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, parklar salınır. X.Qəmbərova bir daha uşaqları təbrik edərək bildirdi ki, rayonumuzda həyata keçirilən bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Çıxış edənlər bir daha uşaqları təbrik etdilər və onlara gələcək işlərində uğurlar dilədilər.Tədbirdə incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi

 

 

Keçidlər