Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.

30 may 2018 | 16:00

29 may 2018-ci il tarixdə rayon Mədəniyyət evində “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri, ümumtəhsil məktəblərinin kollektivləri, məktəbəqədr təhsil müəssisələrinin müəllim və şagirdləri, valideynlər iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Səbinə Hüseynzadə çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən diqqət və qayğıdan danışdı.
Çıxış edənlər bir daha uşaqları təbrik etdilər və onlara gələcək işlərində uğurlar dilədilər.
Tədbirdə incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramları, rəqslər  və səhnəciklər nümayiş etdirildi.

Keçidlər