Biləsuvar rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş futbol üzrə rayon turnirinə yekun vuruldu.
Biləsuvar rayonunda 02 may 2018-ci il tarixdən start götürən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş futbol üzrə rayon turnirinin 28 may 2018-ci il tarixdə final mərhələsi keçirildi.
Turnirin bağlanış mərasimində Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək komandaları göstərdikləri əzmkar mübarizəyə görə təbrik etdilər. Qeyd olundu ki, bu tip yarışların təşkili rayonda futbol idman növünün daha da inkişaf etdirilməsi, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində xüsusi rol oynayır. 20 komandanın iştirak etdiyi turnirin sonunda Biləsuvar-3 və Bəydili komandası Çempionluq uğrunda mübarizə apardılar. Yarışın sonunda Biləsuvar-3 komandası Bəydili komandasını (1-0) hesabı ilə məğlub edərək Futbol üzrə rayon turnirinin qalibi oldu. Bəydili komandası ikinci, Nərimankənd komandası isə üçüncü yerə sahib oldu. Qalib komandalar diplom, medal və kuboklarla mükafatlandırıldı