Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun ad günü
07.02.2013-cü il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğum günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir Milli Qəhrəmanın adını daşıyan Lisey məktəb kompleksində olmuşdur.
Tədbirdə Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili OMBUDSMAN Elmira Süleymanova, Azərbaycan Respublikasının Mərkəzi Bankının məsul işçiləri, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon hüquq mühafizə orqanlarının məsul işçiləri və mətbuat nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxışlar dinlənilmiş lisey şagirdləri tərəfindən hazırlanmış bədii kompazisiya təqdim olunmuşdur.