Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 28 May – Respublika gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

26 may 2018 | 16:00


25  may 2018-ci il tarixdə  Biləsuvar rayon Heydər Əliyev adına parkda   28 May – Respublika gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız tarixin keşməkeşli anlarında, həlledici məqamlarda öz milli-mənəvi varlığını, iradəsini nümayiş etdirmiş, müstəqilliyini bərpa etmiş, qorumuşdur.1918-ci il mayın 28-də Azərbaycan xalqının XX əsrin əvvələrində öz demokratik dövlətini qurması ilə  28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu.Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq-onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yadda qalan mərhələlərindən biridir.Dövlət simvollarının hazırlanması işini təşkil etdi.Milli hökumət ordu quruculuğuna başladı.Silahlı qüvvələrini yaratdı.Gənc Azərbaycan dövləti şərqdə islahatçı cəsarəti ilə nümunə oldu. Əhalinin təhsilə cəlb edilməsi və maariftəndirilməsi istiqamətində böyük işlər görüldü..Azərbaycanın bayrağını 23 ay dünyanın böyük dövlətlətində dalğalandıran, məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu.  1918-ci il 26 iyunda Milli Ordunun yaradılması, həmin ilin 27 iyununda Azərbaycan dilinin dövlət dili elan olunması, 7 dekabr Azərbaycan parlamentinin açılması və fəaliyyətə başlaması, 1919-cu il 1 sentyabrında Bakı Universitetinin yaradılması haqqında  qərarın qəbulu qeyd olunan uğurlar sırasına daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.
1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə tariximizdə yeni bir dövr, müstəqil inkişaf dövrünə qədəm qoyulmuşdur.1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanmasında  xalqımız böyük iradə və yüksək ictimai şüur  nümayiş etdirdi, minlərlə şəhid versə də, işğala məruz qalsa da, Azərbaycan xalqı azad yaşamaq amalından  bir addım belə geri çəkilmədi.Ən əsası isə müdriklik göstərən xalq qanlı faciələr, qurbanlar və itkilər hesabına qazandığı istiqlalı saxlamaq, qoruya bilmək iqtidarında olan Cənab Heydər Əliyevi unutmadı. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu işinə müəlliflik etdi.Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan naminə etdikləri gözlərimizin qarşısında baş verdi.Bütün həyatı və fəaliyyəti dövründə Ulu Öndərin yeganə amalı sabit, güclü, azad və firavan azərbaycan qurmaq olmuşdur. Qısa müddət ərzində vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilmişdir. Bu günki müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cühmuriyyətinin layiqli varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi hesab edərək demişdir “Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir.Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını daima göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək və gələcəyə doğru inamla aparacaqdır.
Sonra respublikanın tanınmış incəsənət  xadimlərinin iştirakı ilə geniş konsert proqramı nümayiş olundu.

Keçidlər