Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ovçubərə kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

24 may 2018 | 16:00

23 may  2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ovçubərə  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Ovçubərə kəndində 436  təsərrüfatda 1980 nəfər əhali yaşayır.Kənddə  tam orta məktəb,  tibb məntəqəsi, kitabxana,klub, poçt və Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Görüşdə Ovçubərə  kənd İcra nümayəndəsi Ağaddin Mikayılov çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq ovçubərə kəndində də xeyli  işlər görülüb.Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur. Bundan əlavə ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
A.Mikayılov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Hazırda rayon mərkəzində Gənclər Mərkəzinin və Bayraq Muzeyinin tikintisində son tamamlama işləri aparılır.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Rayonda  kənd təsərrüfatı, xüsusilə pambıqçılığ yüksək sürətlə inkişaf edir.Bu sahədən milyonlarla manat gəlir əldə olunur.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ovçubərə  kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər