Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan “ mövzusunda tədbir keçirildi.

24 may 2018 | 16:00

23 may 2018-ci il tarixdə Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə “Azərbaycan  Xalq Cümhuriyyəti və müasir Azərbaycan “ mövzusunda tədbir keçirildi.
Tədbirdə rayon  İcra  Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, rayon Təhsil şöbəsinin kollektivi,məktəb direktorları və müəllimlər iştirak  etdi.
Biləsuvar rayon  İcra  Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova çıxış edərək 2018-ci il may ayının 28-də müsəlman Şərqində yaranan ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bütün təhsil işçilərini təbrik edərək bildirdi ki, bu günki müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
L.Yüzbaşova bildirdi ki, hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atılır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.İllər bir-birini əvəz etdikcə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, abadlıq-quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.
Sonra rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 1918-20-ci illərdə təhsil sahəsində gördüyü işlərdən danışdı və müasird dövrdə bu istiqamətdə təhsildə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi.
Tədbirdə məktəblilər tərəfindən hazırlanmış müxtəlif səpkili səhnəciklər, rəqslər, şer və mahnılar maraqla qarşılandı.

Keçidlər