Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi.

23 may 2018 | 16:00

             Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23 may 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində     Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyi   keçirildi. 
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov tədbirdə çıxış edərək  gənclərin ölkəmizin tarixini daha dərindən  öyrənmələrini, xüsusilə  Azərbaycan Xalq Cümhuriyyətinin əhatə etdiyi dövrün mükəmməl mənimsənilməsini diqqətə çatdırdılar. 100 il əvvəl Azərbaycan xalqı Şərqdə ilk dəfə çox çətin şəraitdə respublika yaradaraq bütün dünyaya nümayiş etdirdi ki, bu xalq müstəqil ola bilər və bu gün bizim börcumuz bu müstəqilliyi qorumaqdır. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır. Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir .
            Daha sonra yarışa start verildi. Şəhər 4 saylı tam orta məktəbin “Everest” komandası I yerə, Şəhər 6 saylı tam orta məktəbin “İstiqlal” komandası II yerə, Xırmandalı 1 saylı tam orta məktəbin “Bermud” komandası isə III yerə layiq görülərək Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.

 

Keçidlər