Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi-praktiki konfrans keçirildi.

22 may 2018 | 16:00

22 may 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin Başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək müsəlman şərqində ilk dəfə müstəqli dövlət olaraq yaranmış və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məruzə etdi.Bildirdi ki, Ulu Öndər vaxtilə Xalq Cumhuriyyətinin yaranması haqqında danışarkən bildirmişdir ki: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olmuşdur.Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq-onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. Azərbaycanın bayrağını 23 ay dünyanın böyük dövlətlətində dalğalandıran, məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu. 1918-ci il 26 iyunda Milli Ordunun yaradılması, həmin ilin 27 iyununda Azərbaycan dilinin dövlət dili elan olunması, 23 avqust 1918-ci ildə “Azərbaycan vətəndaşlığı haqqında” qərarın qəbul edilməsi, 7 dekabr Azərbaycan parlamentinin açılması və fəaliyyətə başlaması, 1919-cu il 28 mayda Azərbaycan nümayəndə heyətinin Paris konfransında iştirakı və burada keçirilən görüşlər, 1919-cu il 1 sentyabrında Bakı Universitetinin yaradılması haqqında  qərarın qəbulu qeyd olunan uğurlar sırasına daxil olmuşdur.Gənc Azərbaycan dövləti şərqdə islahatçı cəsarəti ilə nümunə oldu.Azərbaycanın müstəqil neft iqtisadiyyatının təməli qoyuldu.Dağılmış iqtisadiyyat bərpa edilməyə başladı, milli pul vahidi, poçt markaları dövriyyəyə buraxıldı.  Əhalinin təhsilə cəlb edilməsi və maariftəndirilməsi istiqamətində böyük işlər görüldü.Azərbaycanın xarici siyasət sahəsində də uğurları az olmamışdır. 1920-ci il 1 yanvarda Paris şəhərində keçirilən Beynəlxalq konfransda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması barədə 40-dan çox dövlət tərəfindən qətnamə qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü  Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.
M.Quliyev çıxışında bildirdi ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə tariximizdə yeni bir dövr, müstəqil inkişaf dövrünə qədəm qoyuldu.1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanmasında  xalqımız böyük iradə və yüksək ictimai şüur  nümayiş etdirdi, minlərlə şəhid versə də, işğala məruz qalsa da, Azərbaycan xalqı azad yaşamaq amalından  bir addım belə geri çəkilmədi.Ən əsası isə müdriklik göstərən xalq qanlı faciələr, qurbanlar və itkilər hesabına qazandığı istiqlalı saxlamaq, qoruya bilmək iqtidarında olan Cənab Heydər Əliyevi unutmadı. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu işinə müəlliflik etdi.Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan naminə etdikləri gözlərimizin qarşısında baş verdi.Bütün həyatı və fəaliyyəti dövründə Ulu Öndərin yeganə amalı sabit, güclü, azad və firavan azərbaycan qurmaq olmuşdur. Qısa müddət ərzində vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilmişdir. 27 ildir müstəqil olan Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cühmuriyyətinin layiqli varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi hesab edərək demişdir “Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir.
Uzun müddət, yəni Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. İş o yerə gəlib çıxmışdır ki, Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi yasaq olunmuşdur. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev yazır: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinə hörmət əlaməti olaraq Heydər Əliyev öz nitqində bildirir: “Bu bayram günlərində Azərbaycanın Türkiyə, Fransa, Gürcüstanda olan səfirliklərində bizim göstərişimizlə M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.Xoyskinin qəbirlərini ziyarət edir və onların xatirəsinə Azərbaycan xalqının, dövlətinin hörmət və ehtiramını ifadə edirlər”. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.
Azərbaycan Xalq Cümhuriy-yətinin süqutunun obyektiv səbəblərinin təhlilini verən Heydər Əliyev qeyd edir ki, güclü xarici müdaxilələrə məruz qalan Xalq Cümhuriyyəti belə şəraitdə yaşaya bilməzdi.  Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet qırmızı ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev 2 ilə qədər fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət vermişdir: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”.
Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.İllər bir-birini əvəz etdikcə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, abadlıq-quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını  göz bəbəyi kimi qoruyur, onu daha da möhkəmləndirərək gələcəyə doğru inamla aparır.
Tədbirdə çıxış edənlər ötən dövr ərzində xalqımızın keçdiyi yola nəzər salaraq öz xatirələrini bölüşdülər.
Tədbirdə Azərbaycan  Xalq Cümhuriyyətinin 100 iliyi ilə əlagədar bir qrup ictimaiyyət nümayəndələrinə fəxr fərmanlar təqdim olundu.

Tədbirin sonunda bədii hissə nümayiş olundu.

 

Keçidlər