Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “9 May-Qələbə Günü”nün 73-cü ildönümü münasibətilə müharibə veteranları ilə görüş keçirildi.

09 may 2018 | 16:00

09 may 2018-ci il tarixdə   Biləsuvar rayonunda “9 May-Qələbə Günü”nün 73-cü ildönümü münasibətilə müharibə veteranları ilə görüş keçirildi.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və rayon ziyalıları müharibə veteranlarının evlərində olaraq, onların səhətti  və sosial problemləri ilə maraqlandılar.
Görüş zamanı  “9 may-Qələbə günü” münasibəti müharibə iştirakçılarını  təbrik edən L.Yüzbaşova bildirmişdir ki, Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Xalqımızın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmış, 300 mindən çox azərbaycanlı bu müharibədə həlak olmuşdur. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Arxa cəbhədə də böyük şücaət göstərən Azərbaycan xalqı həm neft, həm də digər təsərrüfat məsulları ilə cəbhəni təchiz edirdi.
Müharibədə Biləsuvar rayonundan da 4 mindən çox adam iştirak etmiş, onlardan 700 nəfəri müxtəlif orden və medallarla təltif olunmuş, 700 nəfər isə müharibədən qayıtmamışdır.Bu gün də xalqımız öz igid oğul və qızlarını dərin iftixar hissi ilə yad edir.
Müharibə veteranlarının xatirələri dinlənildi və onlara hədiyyələr təqdim olundu.

Keçidlər