Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Biləsuvar rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi.
07 may 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında YAP Qadınlar Şurası Biləsuvar rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi.
Tədbirdə YAP Qadınlar Şurası rayon təşkilatının üzvləri və rayonun aktiv qadınları iştirak etdi.
İştirakçılar Ulu öndərin YAP Biləsuvar rayon təşkilatında yerləşən büstü önünə tər çiçəklər qoyaraq əziz xatirəsini yad etdilər.
Tədbirdə YAP Qadınlar Şurası Biləsuvar rayon təşkilatının sədri, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova çıxış edərək görkəmli şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan, dövlətçilik qarşısındakı xidmətlərindən danışaraq bildirdi ki, müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır. Ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmaq məcburiyyətində qoyur: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.» Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməl formalaşdırdı.
L.Yüzbaşova qeyd etdi ki, Ümummilli liderimiz fəaliyyəti dövründə qadınlarla bağlı siyasətin gücləndirilməsini dəvlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə xüsusi fərmanla Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu daima çalışmışdır ki. Azərbaycanın hər bir vətəndaşı azad, sərbəst yaşasın və daima öz rifahını yaxşılaşdırmaq imkanları olsun. . Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
Tədbirdə çıxış edənlər Ulu öndər haqqında öz ürək sözlərini bildirərək qeyd etdilər ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlıdır.