Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Çernobul faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

25 aprel 2018 | 16:00

2018-ci ilin aprelin 25-da Biləsuvar rayonunda Çernobul faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova, aidiyyəti təşkilat rəhbərləri və Çernobul əlilləri  iştirak etdilər.
L.Yüzbaşova çıxış edərək ölkə başçısı tərəfindən Çernobul əlillərinə göstərilən qayğı və diqqətdən danışdı, onların sosial problemlərinin həlli istiqamətində rayonda görülən işlər barədə məlumat verdi.
Bildirdi ki, bu qəbildən olan bütün insanlar daim diqqət mərkəzində saxlanılacaq və həmişə onların problemlərinin həllinə çalışılacaqdır.
Çernobul  Əlilləri  Cəmiyyətinin  sədri  Sübhan Babayev  və digər çıxış edənlər bildirdilər ki, Çernobul hadisələri zamanı xilasetmə işlərində çalışan həmvətənlərimiz də qəhrəmanlıq nümayiş etdirərək hadisənin fəsadlarının aradan qaldırılmasında əzmlə çalışmışlar.Bu gün orada çalışan insanların övladlarında belə bu faciənin acı nəticələri vardır.Hər bir insan bu qəbildən olan əlillərə daim diqqət göstərməlidir.
Çernobul əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər