Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
25 aprel 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Bəydili kəndi rayonun böyük kəndlərindən olmaqla 1472 təsərrüfatda, 6840 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 1433 hektardır. Bəydili kəndində tam orta məktəb, həkim ambulatoriyası, kitabxana, Mədəniyyət evi, baytarlıq məntəqəsi, poçt şöbəsi və digər sosial obyektlər fəaliyyət göstərir.
Tədbirdə əvvəlcə Bəydili kənd İcra nümayəndəsi Adil Cəfərov çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışdı.Bildirdi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Bəydili inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, kəndin mərkəzi yolu asfaltlaşdırılmış, yeni salınmış yaşayış massivi və kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuşd, kəndə yeni içməli su xətti çəkilmiş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Bəydili kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində Bəydili kəndində 357 hektar pambıq əkilmiş və 974 ton məhsul əldə olunmuşdur.Təkcə pambığ məhsulunun becərilməsində 450 nəfərə yaxın kənd əhalisinin məşğulluğu təmin olunmuş və 500 min manata yaxın gəlir əldə edilmişdir.Bundan başqa ərazidə taxıl, günəbaxan, yonca və tərəvəz məhsulları da əkilmişdir.
A.Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Bəydili kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün yeni su xətti və bulaqlar inşa olunmuşdur. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Xüsusilə rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar.Son illər pambıqçılığda qazandığımız uğurlarda Bəydili kəndinin əhalisinin də payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün əhalimizin rahat və firavan yaşayışı təmin olunmuşdur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Bəydili kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.