Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir
04 fevral 2013-cü il tarixdə Biləsuvar rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Konfransa şəhər və kənd inzibati ərazi dairələri üzrə fəaliyyət göstərən Ağsaqqallar Şurasının fəal üzvləri dəvət olunmuşlar.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev konfransda iştirak etmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri Xosrov Əsgərov konfransın gündəliyini elan edərək bu günkü yığıncaqda rayon Ağsaqqallar Şurasının hesabatının dinləniləcəyini, Şuranın idarə heyətinin yeni tərkibinin və Respublika Ağsaqqallar Şurasının Qurultayına nümayəndənin seçiləcəyini bidirmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Möhtərəm prezident cənab İlham Əliyevin ölkənin inkişafı naminə apardığı məqsədyönlü siyasətdən danışdı. Ölkə rəhbərliyinin qayğısı nəticəsində rayonda gedən geniş abadlıq və quruculuq işlərini deyd etdi.Ağsaqqalların əhali arasında və gənclərlə apardığı işi xüsusi qiymətləndirərək bu işdə onalara uğurlar arzuladı.
Şuranın sədri Xosrov Əsgərov hesabat məruzəsində təməlini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycanın ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurlu inkişafını, dünya dövlətləri sırasına inteqrasiya etməsini qeyd edərək ölkə rəhbəri ətrafında sıx birləşməklə gördüyü möhtəşəm işlərə daim dəstək olacaqlarını bildirmişdir..Ölkə Prezidenti cənab İlham Əliyevə bütün ağsaqqallar adından minnətdarlıq edən natiq, bu diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab verəcəklərini söylədi.Sonra Rayon Ağsaqqallar Şurasının gördüyü işlərdən danışdı.
Konfransda rayon Ağsaqqallar Şurasının sədr və müavinləri, eyni zamanda, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının VI qurultayına 1 nəfər nümayəndə seçilmişdir.