Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi

18 aprel 2018 | 16:00

18 aprel  2018-ci il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Xırmandalı kəndi rayonun ən böyük kəndi olmaqla 2364 təsərrüfatda, 9914 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 2634 hektardır. Xırmandalı  kəndində 2 tam orta məktəb, Xəstəxana, Mədəniyyət evi, Uşaq İncəsənət Məktəbi, kitabxana, uşaq bağçası və digər sosial obyektlər fəaliyyət göstərir.
Tədbirdə Xırmandalı  kənd İcra nümayəndəsi Rahib Hacıyev çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışmış və  bildirmişdir ki, regionların  inkişafı çərçivəsində  kəndimizdə də tikinti  işlər görülmüş, bir məktəb yenidən tikilmiş, digəri isə əsaslı təmir olunmuş, uşaq bağçası üçün yeni bina inşa olunur,kəndin yolları asfaltlaşdırılmış, içməli su xətti çəkilmiş,yeni yaşayış massivlərinin kənddaxili yollarına qum-çınqıl örtük salınmış, elektrik və qaz təsərrüfatı yenilənmişdir. Əkin sahələrindəki  şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur.
R.Hacıyev Ölkə Prezidenti  cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Xırmandalı kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Xırmandalı kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü

Keçidlər