Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndəki tapşırıqlarının icrası ilə bağlı Biləsuvar rayonunda görüləcək işlərlə əlaqədar müşavirə keçirildi.

17 aprel 2018 | 16:00

17 aprel  2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan   Respublikası  Kənd   Təsərrüfatı Nazirliyinin və Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 26 mart 2018-ci il tarixində Bərdə rayonunda “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndəki tapşırıqlarının icrası ilə bağli Biləsuvar rayonunda görüləcək işlərlə əlaqədar müşavirə keçirildi.
Müşavirədə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Kənd   Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov,  Kənd Təsərrüfatı Nazirinin müşaviri Şöhrət Vəkilov, KTN Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov,  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Baş direktoru Rəsul Balayev,rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilər iştirak etdi.
Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev iclasda çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 26 mart 2018-ci il tarixdə  Bərdə  rayonunda keçirilən pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın daha da  inkişaf etdirilməsini, məhsuldarlığın artırılmasını qarşımıza konkret vəzifə olaraq qoymuşdur. Dövlət başçısı qeyd  etmişdir ki, Azərbaycanda  pambıqçılığın qədim ənənələri vardır.Pambıqçılığın ən surətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuş, onun təşəbbüsü  və rəhbərliyi ilə ölkədə pambıq istehsalı 800 min-1 milyon tona qədər gəlib çatmışdır. Respublikamız müstəqilik qazandıqdan sonra ölkənin kifayət qədər maliyyə imkanlarının olmaması bu sahədə də müəyyən geriləmələrə səbəb olmuş, nəticədə pambıq əkini sahələri azalmışdır.
Dövlət başçısı respublika müşavirəsində 2016-cı ilin pambıqçılığın inkişafında dönüş ili olduğunu vurğulamaqla bildirmişdir ki, “2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq.2016-2017-ci illərdə müşavirələr keçirildi, 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır”. Ölkə Prezidenti bu sahəyə böyük həcmdə investisiya yatırılması və dövlət dəstəyinin göstərilməsinin məntiqi nəticəsi olaraq  böyük həcmdə müasir texnikaların almasını, gübrə və dərman preparatlarının gətirilməsini, əkin sahələrinin melorasiya və suvarılmasında iri layihələrin həyata keçirilməsini qeyd edərək bildirmişdir ki, dövlətin bu sahəyə göstərəcəyi diqqət bundan sonra da davam etdiriləcəkdir.
Pambıqçılığın ölkə iqtisadiyyatındakı üstünlüklərini qeyd edən M.Quliyev bildirdi ki: “Pambıqın satışı bir tərəfdən ölkəmizə  valyuta gətirir digər tərəfdən də  pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir. Eyni zamanda pambıqçılıq əməktutumlu kənd  təsərrüfatı sahəsidir. Rayon üzrə 2015-ci ildə  əkilən 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə  6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və  24762.0 ton məhsul toplanmışdır.Məhsul yığımına görə rayonumuz respublikada ikinci olmuşdur.Məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuşdur ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir. 2018-ci ildə də rayonumuzda pambıq əkinlərinin daha da genişləndirməklə 12 min hektardan çox pambıq əkilməsi nəzərdə tutulmuş və hazırda mülkiyyətçilərlə pambıq zavodları arasında müqavilələrin bağlanması yekunlaşmaq üzrədir. Bu günədək 9 min hektar sahədə şüm vurulmuş, 200 hektara yaxın ərazidə isə çiyid əkilmişdir.
M.Quliyev çıxışında bildirmişdir ki, 2017-ci ildə məhsul toplanışına və tədarükünə görə rayonumuz respublikada birincilər sırasında olması mülkiyyətçilərimizdə öz qüvvələrinə böyük inam yaratmışdır. Ölkə rəhbərinin müşavirədə səsləndirdiyi rəqəmlərdən də göründüyü kimi rayonumuz ötən il pambıq yığımında 21.8 faiz məhsuldarlıq əldə edərək respublikada üçüncü, yığıma görə isə ikinci yerdə olmuşdur.Bu yaxşı nəticə olsa da, ancaq bu  faiz bizi qane etməməli növbəti ildə məhsuldarlığı daha da artırmaq üçün problem yaradan məsələləri həll etməliyik.
Əldə olunan uğurlardan ruhlanan mülkiyyətçilərimiz qədəm qoyduğumuz 2018-ci ildə də daha böyük sahədə və yüksək məhsuldarlı pambıq əkini aparmağı qarşılarına məqsəd qoymuşlar.
Sonra  “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və prespektivlər” barədə–Azərbaycan Respublikası Kənd   Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, “Pambığın intensiv texnologiyalar əsasında becərilməsi” barədə - KTN Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Texnika və gübrə ilə təminatın vəziyyəti” barədə– “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov,  “Pambıq toxumu ilə təminatın vəziyyəti” barədə -Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, “Pestisidlərlə təminatın vəziyyəti” barədə– Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev, “Pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi” barədə- Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Baş direktoru Rəsul Balayev və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanlarımızın  sosial rifahı daha da yaxşılaşacaq, əlavə  iş yerləri yaranacaq və ölkəmizə xarici valyuta axını olacaqdır.
Müşavirədə bildirildi ki, bu il pambıq əkininə daha ciddi hazırlıq aparılmalı, bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilməlidir.Məhsuldarlığı daha da yüksəltmək üçün ən müasir texnikalar, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar alınmışdır.Suvarmada çətinliklərin aradan qaldırılması üçün  tədbirlər görülməlidir.
Müşavirədə  çıxış edən mütəxəssislər və fermerlər rayonda  pambıqçılığın inkişafı ilə bağlı  görülən işlərdən danışdılar və  əkin zamanı qarşıya çıxacaq problemlərin həlli yolları müzakirə olundu.

Keçidlər