Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

16 aprel 2018 | 16:00

16 aprel 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev  Mərkəzində 2018-ci ilin  birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
Yığıncaqda  Biləsuvar rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  ötən rüb ərzində rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
M.Quliyev çıxışının əvvəlində 11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində böyük üstünlüklə qələbə qazanaraq növbəti 7 ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevi bütün biləsuvarlılar adından təbrik edərək, cənab Prezidentə  möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanımızın daha da güclənməsi və inkişafı uğrunda apardığı yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzuladı.
Sonra rayonda 2018-ci ilin birinci rübündə bütün sahələr üzrə aparılan işlər və həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdıran M.Quliyev bildirdi ki, bu dövrdə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 48.1 milyon manat olmuşdur.İlin birinci rübündə əsas  kapitala yönələn  investisiyalar 7.8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 64.4 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 469 manat, orta aylıq əmək haqqı isə  225 manat olmuşdur. 2018-ci ilin ilk üç ayında rayon əhalisinin gəlirləri 70 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 682 manata çatmışdır.
Ölkə rəhbərinin  aqrar sahənin, xüsusilə də  pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu  vəzifələrə uyğun olaraq rayonumuzda da kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilmişvə bu sahədə  yüksək nəticələr əldə olunmuşdur. Təkcə 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və  24762.0 ton məhsul toplanmışdır ki, bu da 2016-cı illə müqayisədə həm əkin sahələrinin genişləndirilməsində, həm də məhsuldarlıqda 2 dəfədən çox artım deməkdir.Məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuş,  əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir. 2018-ci ildə də rayonumuzda pambıq əkinlərini daha da genişləndirməklə 12 min hektardan çox pambıq əkilməsi nəzərdə tutulmuş və hazırda mülkiyyətçilərlə pambıq zavodları arasında müqavilələrin bağlanması yekunlaşmaq üzrədir.Hesabat gününədək pambıq əkiləcək sahələrin 8.5 min hektarında şum işləri aparılmış və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da səmərəsiz istifadə olunan Dövlət Fonduna aid 17 min  hektardan artıq qış otlaq sahəsinin  təyinatı dəyişdirilərək ərazidə  3 Aqropark yaradılmışdır.“Yaşıl ada” Aqroparkında ötən dövr ərzində bir sıra işlər görülərək  6 km uzunluğunda çınqıl örtüklü yol çəkilmiş və 5 ədəd kənd təsərrüfatı texnikası  alınmışdir. Hazırda 6,5 km beton kanalın çəkilişi işləri aparılır.Bu il aqroparkda min hektar ərazinin  suvarılmasında müasir suvarma sistemi olan pivotların quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda aqroparkda 530 hektar sahədə  buğda, 764 hektar sahədə  arpa əkilmişdir.Bu il əlavə olaraq 300 hektar pambıq, bir o qədər sahədə qarğıdalı, 100 hektar sahədə şəkər çuğunduru, 50 hektar soya və 50 hektar günəbaxan birkisinin əkilməsi nəzərdə tutulmuşdur. “Aqroinvestment GreenFirm” MMC adlanan və  5000 hektar ərazini əhatə edən ikinci aqroparkda isə suvarma məqsədilə Araz çayından 54.2 km-lik qolun tikintisinin birinci hissəsi başa çatmış, hazırda kanalda beton üzlük çəkilişi işlərinə başlanılmışdır.Aqroparkda 4 km-lik elektrik xətlərinin, 750 ha sahəyə drenaj və suvarma   xətlərinin çəkilməsi ilə əlaqədar layihə-smeta  sənədləri hazırlanmış, 4 ədəd texnikanın alınması üçün  “Aqrolizinq” ASC-yə müraciət edilmişdir.2018-ci ildə aqroparkda 450 hektar buğda və hər birindən 50 hektar olmaqla qarğıdalı, yonca, günəbaxan, şəkər çuğunduru və bostan məhsullarının əkilməsi nəzərdə tutulmuşdur.“RULEX” MMC adlanan və 3363.7 hektar ərazini əhatə edən yeni yaradılan üçüncü aqroparkda 2018-ci ildə 500 başlıq müasir  heyvandarlıq kompleksinin yaradılması, o cümlədən tövlə, süd sağımı sahəsi,  buzovxana, yem anbarı, inzibati  binanın tikintisi və 20 ədəd  texnika alınması nəzərdə tutulmuşdur. 130 nəfərin işləyəcəyi aqroparkda əlavə olaraq pambıq, buğda, arpa, soya, qarğıdalı və  yonca əkilməsi nəzərdə tutulmuşdur.
Hesabatda pambıqçılığın inkişafı ilə yanaşı  kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində oldu]u bildirilərək  bu dövrdə  14144 hektar sahədə buğda, 12063.9 hektar sahədə isə arpa olmaqla ümumilikdə 26177.9 hektar payızlıq dənli bitkilər əkildiyi diqqətə çatdırılmışdır.Bundan əlavə bu il yazlıq əkinlər üzrə 190.5 hektar paxlalı bitkilər, 3.1 hektar qarğıdalı, 380 hektar yonca,130 hektar günəbaxan, 173 hektar kartof, 566  hektar tərəvəz, 607 hektar şəkər çuğunduru  əkilmişdir. Hazırda yazlıq əkinlər davam etdirilir.
2018-ci ilin I rübündə  heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 40.8 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 140 min  başa çatdırılmışdır. 2018-ci ilin I rübündə   ət istehsalı 1761 ton,  süd istehsalı 6716 ton olmuşdur.
Rayonda   tikinti,  abadlıq və quruculuq  sahələrində aparılan işlərə toxunan İcra Hakimiyyətinin başçısı M.Quliyev bildirmişdir ki, 2018-ci ilin birinci rübündə şəhərin H.Əliyev küçəsində Bayraq Muzeyi və Gənclər Mərkəzinin tikintisində son tamamlama işləri aparılır.Gücü 4 min ton olan pambıq tədarükü məntəqəsinin  tikintisi başa çatdırılmış, pambıq emalı müəssisəsinin tikintisi üçün əlavə 6,0 ha torpaq sahəsi ayrılmış və layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasına icazə verilmişdir.   
      “Biləsuvar şəhərinin su təchzatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində aparılan işlərdə hazırda  son tamamlama işləri aparılır.Bəydili və Xırmandalı kəndlərinə içməli su xəttiçəkilərək,Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində 52 ədəd bulaq tikilib istifadəyə verilmişdir.
    Kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış 7 küçədə ümumilikdə 4,5 km uzunluğunda asfalt-beton örtük tikilmiş, Səməd Vurğun və Şəhriyar küçələrində 830 kv.metr sahədə asfalt-beton örtüyün təmiri işləri aparılmışdır. Hal-hazırda küçələrin asfaltlaşdırılması və təmiri işləri davam etdirilir.
     20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 15,4 km olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılmış,  Zəhmətabad kəndi ilə Bağbanlar kəndini  birləşdirən yolda əlavə olaraq  850 metr  yol asfaltlaşdırılmışdır.Ölkə prezidenti cənab İlham Əliyevin 27 mart 2018-ci il  tarixli  sərəncamı ilə bu il  rayonun Muğan kəndində 100 yerlik ümumi  orta məktəb üçün  modul tipli yeni məktəb binası inşa olunacaqdır.Hazırda rayonun Xırmandalı kəndində  yeni  uşaq bağçası inşa olunur ki, bu da  cari il ərzində    istifadəyə veriləcəkdir.
M.Quliyev bildirmişdir ki, 2018-ci ildə rayonumuzda ictimai-siyasi sabitliyin təmin olunmasına,  təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, dövlət-din münasibətlərinin  qorunub saxlanılmasına, gənclərlə işinin yaxşlaşdırılmasına diqqət  artırılmış və bu sahələrdə maddi-texniki  bazanın möhkəmləndirilməsi üçün  məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
      Hər il olduğu kimi bu il də ölkə prezidentinin müvafiq sərəncamına əsasən əhalinin tibbi müayinəsinə başlanılmışdır.İlin birinci üç ayı ərzində rayonun 44497 nəfər əhalisi tibbi müayinədən keçmişdir. Onlardan 3526 nəfəri ambulator, 123 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 37 nəfərə isə müalicəsinin davam etdirilməsindən ötrü göndərişlər verilmişdir.
Rayonumuzda idmanın və bədən tərbiyəsinin kütləvi hal alması üçün  bir çox  işlər görülmüşdür ki, bu da gənclərimizin hədsiz sevincinə səbəb olmuşdur.Gənclərin sabahımızın  layiqli vətəndaşları kimi yetişməsi, onların intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində işlər ilbəil gücləndirir. Gənclərin ideya-siyasi, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində müntəzəm olaraq keçirilən məqsədyönlü tədbirlər müsbət  nəticələr verir. Biləsuvarlı gənclər ölkə Prezidenti ətrafında daim sıx birlik nümayiş etdirilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışı  qarşımıza çox böyük məsuliyyət qoyur. Rayonumuzda da abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması əsas məsələlərimiz olacaqdır.                                         
Ölkə başçısının proqram  xarakterli çıxışını rəhbər tutaraq   2018-ci ildə və sonrakı illərdə də rayonumuzun sosial-iqtisadi inkişafını təmin edən tədbirlərin həyata keçirilməsini təmin edəcəyik.
Hesabat iclasında Biləsuvar rayon Su Kanal idarəsinin rəisi Sərxoş Səidov, rayon Elelktrik Enerjisi Təchizatı və  satışı idarəsinin baş mühəndisiİmran Kəlbiyev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

Keçidlər