Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 31 mart-Soyqırımı qurbanlarının xatirəsi anıldı.

31 mart 2018 | 16:00

31 mart 2018-ci il tarixdə  Biləsuvar rayonunda 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir  keçirilib.
Tədbirdə  rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
Biləsuvar rayon icra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar daima azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələnib. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanmışdır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşaraq bu torpaqların onlara aid  olduqlarını təsdiqləməyə çalışırlar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.Ötən 100 il ərzində erməni vəhşiliklərinin nəticəsində yüz minlərlə dinc sakinlərimiz, qocalarımız, qadınlarımız, uşaqlarımız öldürülmüş, ölkəmizə yüz milyardlarla manatlıq ziyan vurulmuş, yüzlərlə kəndlərimiz, şəhərlərimiz məhv edilmişdir.Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.Tarix heç zaman unudulmur.Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
M.Quliyev bildirmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev müdrikliyinə və dünyanın yeni geosiyasi reallığına söykənən möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində torpaqlarımız yaxın zamanlarda düşmən tapdaqlarından  azad olunacaqdır.
Tədbirdə digər cıxış edən natiqlər də ötən əsr boyunca xalqımızın başına gətirilən müsibətlərdən danışaraq qeyd etdilər ki, iri dövlətlərin əlində oyuncaq olan ermənilərin torpaq iddialarının bütün sərhəd ölkələrinə,Türkiyəyə, Gürcüstana da yönəlmişdir. Bu  ərazilərdə XVIII-XIX  əsrlərdən məskunlaşmağa başlayan  ermənilərin  dövlət siyasətinin əsasını  başqa ölkələrin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq təşkil edir.
Tədbirdə milliətçi-separatçı ermənilərin Dağlıq Qarabağda yürütdükləri qəsbkarlığın nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal olunması, bir milyondan artıq soydaşımızın doğma ocaqlarından didərgin düşməsi, minlərlə insanın şəhid olması faktı bir daha xatırlanmış və bu qan yaddaşının unudulmaması, xalqın tarixinin dərindən öyrənilərək gələcək nəsillərə çatdırılması, şüurlara əbədi həkk olunmasının gənclərin vətənpərvərlik tərbiyəsində əsas şərt olduğu qeyd olunmuşdur.

Keçidlər