Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyadan qayıtdılar.

30 mart 2018 | 16:00

29 mart  2018-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Quba-Qusar-Xaçmaz rayonlarına olan səfərlərini başa vuraraq geri qayıtdılar.
Şagirdlərin qarşılanma mərasimində  mərasimində rayon İcra Hakimiyyətlərinin məsul işçiləri, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri  iştirak etdi.
Tur-aksiya iştirakçıları olan şagirdlərimiz Quba rayonu ilə tanışlıq zamanı  ümummilli liderin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə, kitablara, sənədlərə baxıblar.Sonra şagirdlərimiz Quba Gənclər Mərkəzində olub, Memorial Kompleksi ziyarət ediblər.Qubada 7 rayonun, 24 komandası arasında keçirilən “Kim, Nə, Harada” intellektual oyununda rayonumuzun komandası birinci yerə çıxaraq kubok və medallar qazanıblar.
Tur-aksiya iştirakçıları Qusar rayonuna gəzinti çərçivəsində rayonun gəzməli və görməli yerləri ilə tanış olduqdan sonra Şahdağ turizm mərkəzində istirahət ediblər.
Xaçmaz rayonunda şagirdlərimiz H.Əliyev və İncəsənət  Mərkəzlərində, Şəxsiyyətlər Muzeyində olaraq ölkəmizin tanınmış xadimləri haqqında məlumatlar əldə ediblər.
Məktəblilər ekskursiya çərçivəsində olduqları rayonların tarixi, mədəni abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə də tanış olublar.
Tədbirdə Biləsuvar məktəbliləri onlara yaradılan bu şəraitə görə ölkə Prezidentinə öz təşəkkürlərini bildirdilər.

Keçidlər