Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

24 yanvar 2013 | 16:00

Nəsimi kəndi rayonun şimal şərq istiqamətində yerləşir. Nəsimi inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Nərimankənd, Çaylı, Günəşli, Ağayrıkəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1966 təsərrüfat, 4075 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 kitabxana,1 mədəniyyət evi fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Nəsimi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 1.2 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, 11 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmışdır. Nəsimi kəndi hazırda fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
Yanvarın 23-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Nəsimi kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri K.İmanov, İ.İsgəndərov və başqaları çıxış edərək rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki,dövlət səviyyəsində qəbul edilən “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Nəsimi kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar təmir edilir, elektrik təsərrüfatında yenidən qurma işləri aparılır.Kəndin qazlaşdırılması məqsədi ilə işlərə başlanılmışdır.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nəsimi kənd əhalisin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
 

Keçidlər