Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun səhiyyə sistemində uzun illər çalışmış tibb işçiləri ilə Novruz bayramı ərəfəsində görüş keçirildi

17 mart 2018 | 16:00

17 mart   2018-ci  il  tarixdə “Biləsuvar” şadlıq sarayında rayonun Səhiyyə sistemendə uzun illər fəaliyyət göstərmiş və hazırda təqaüddə olan tibb işçiləri “Novruz bayramı” ilə əlaqədar  görüş  keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müsəssisə rəhbərləri, tibb işçiləri və rayon içtimaiyyətinin nümayəndələri iştirak etdi.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova çıxış edərək  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin adından rayonun  səhiyyə işçilərini salamladı və onlara xoş arzularını bildirdi.
L.Yüzbaşova  ölkəmizdə baş verən sürətli iqtisadi inkişafın bütün sosial sahələri, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini qeyd edərək,  son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.Rayonumuzda da Mərkəzi xəstəxananın əsaslı şəkildə yenidən qurulması, ən müasir avadanlıqlarla təchiz edilməsi və tibb ocağının açılışının cənab Prezidentin iştirakı ilə həyata keçirilməsi ölkə rəhbərinin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.Ölkə əhalisinin hər il pulsuz tibbi müayinədən keçirilməsi və müalicəsinin təşkili ilə bağlı verdiyi tapşırıqlar cənab Prezidentimizin  əhalimizin sağlamlığına yönəlmiş addımlarıdır.
L.Yüzbaşova səhiyyə işçilərini bir daha təbrik edərək onlara bu nəcib və xeyrxah fəaliyyətlərində uğurlar dilədi.
Tədbirdə Biləsuvar rayon Mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə  öz minnətdarlığını bildirdi.
N.Mehdizadə rayonun səhiyyə sistemində görülən işlər barədə ətraflı məlumat verdi.O, rayon səhiyyəsində qazanılan uğurlarda veteran tibb işçilərinin əməyini yüksək qiymətləndirərək onların bu sahədə olan bilik və bacarıqlarına daim ehtiyac olduğunu vurğuladı. Baş həkim  səhiyyəmizin inkişafında  təcrübəli veteranların dəyərli tövsiyələrini eşitməyə hər zaman hazır olduğunu diqqətə çatdıraraq, onlara möhkəm cansağlığı arzuladı.
Görüşdə çıxış edən səhiyyə  veteranları onlara göstərilən qayğıya görə öz təşəkkürlərini bildirdilər.
Tədbirdə mədəniyyət işçilərinin ifasında musiqilər səsləndirilib

Keçidlər