Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi.
16 mart 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Əliabad kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 309 təsərrüfat, 1372 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 1856 hektardır.Əliabad kəndində tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Tədbirdə Əlabad kənd İcra nümayəndəsi Telman Əliyev çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışmış və bildirmişdir ki, regionların inkişafı çərçivəsində kəndimizdə də tikinti işlər görülmüş, orta məktəbin binası əsaslı təmir olunmuş, kənddə sudurulducu qurğu tikilmiş, 2 km uzunluğunda olan mərkəzi küçəyə yenidən əsaslı şəkildə təmir olunmuşdur.Əkin sahələrindəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur.
T.Əliyev Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Əliabad kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Əliabad kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.