Biləsuvar rayonunda 100 yaşdan yuxarı qadınlarla görüş keçirildi
06 mart 2018-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 8 mart-Beynəlxalq Qadınlar bayramı ərəfəsində rayonda yaşayan 100 yaşdan yuxarı 4 nəfər xanımın evinə baş çəkilərək onların bayramları təbrik olundu.
Yaşlı nəslin təmsilçiləri olan xanımlarla görüşən rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova onların səhətti və yaşayış vəziyyəti ilə maraqlanmışdır.Onların bayramını təbrik edən L.Yüzbaşova bildirmişdir ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan yaşlı insanlara həmişə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev onların layiqli dövlət himayəsi ilə əhatə olunmasının mükəmməl nümunəsini yaratmışdır. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı il aprelin 17-də təsdiq etdiyi “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin daha bir təzahürü olmuşdur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ahıl insanlarla bağlı gerçəkləşdirdiyi ardıcıl tədbirlər cəmiyyətdə böyük razılıqla qarşılanır.
L.Yüzbaşova bildirdi ki, rayonumuzda da rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyevin rəhbərliyi ilə ahıl və yaşlı insanlara daim diqqət və qayğı göstərilir, yaşlı insanların sağlamlığının qorunması və onların problemlərinin həll olunması üçün müvafiq dövlət qurumları ilə birlikdə addımlar atılır.
Görüş zamanı yaşlı xanımlarımızın səhətti bir daha yoxlanılıb və Biləsuvar rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.