Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi

07 mart 2018 | 16:00

7 mart  2018-ci il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Yuxarı Ağalı kəndi rayonun cənub  istiqamətində yerləşir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Muğan, Ağalıkənd, kəndləri ilə və İran Islam Respublikası ilə sərhəddir.Nümayəndəlikdə 220 təsərrüfat, 906 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 350 hektardır. Yuxarı Ağalı  kəndi üzrə 1 ümumi orta məktəb,  tibb məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi və yerli ATS  fəaliyyət göstərir.
Tədbirdə Yuxarı Ağalı  kənd İcra nümayəndəsi Məhəmməd Fətəliyev çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışmış və  bildirmişdir ki, regionların  inkişafı çərçivəsində  kəndimizdə də tikinti  işlər görülmüş, yeni Tibb məntəqəsi, Baytarlıq məntəqəsi tikilmiş, AzKİL qeyri hökumət təşkilatının kənd bələdiyyəsi ilə birgə layihəsi əsasında kənddaxili 4.5 km yola qum-çınqıl örtük salınmış, yem sexi tikilərək istifadəyə verilmişdir. Biləsuvar-İran İslam Respublikasına gedən magistral avtomobil yolunun 2.5 km hissəsi kəndin daxilindən keçir və bu avtomobil yolu yenidən tikilmişdir. Əkin sahələrindəki  şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur.
M.Fətəliyev Ölkə Prezidenti  cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Yuxarı Ağalı kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Ağalı kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.

Keçidlər