Biləsuvar rayon icra Hakimiyyətində 8 mart-Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir keçirildi
06 mart 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirdi.O, qadınlarımızın respublikamızın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd etdi ki, artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər. Qadınlarımızın cəmiyyətin həyatında mühüm rol oynaması Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin təntənəsidir və müəyyən olunmuş bu dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.Rayonumuzda da qadınlarımız bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər.
M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər xanımların rayonun ictimai-siyasi həyatındakı rolundan danışaraq onlara fəaliyyətlərində və ailə həyatlarında uğurlar arzuladılar.
Sonda qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.