Şriftin ölçüsü :

Saytın rəngi :

5 Mart-Bədən Tərbiyəsi və İdman Günüdür.

05 mart 2025 | 10:20

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən ölkəmizdə 5 mart- Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Respublikamızda idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır və artıq Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da artıq güclü idman infrastrukturu yaradılıb və dünya şöhrətli idmançılarımızın sırasında rayonumuzun idmançıları da vardır.

         Hər il olduğu kimi bu il də rayonumuzda keçirilən “İdman həftəsi” çərçivəsində yarışlar təşkil olunmuş və idmanın kütləviliyi daim diqqət mərkəzində saxlanılmışdır.

Ötən gün Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü İnternat tipli məktəb-liseyin idman zalında Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun, Biləsuvar UGİŞM-nin, İnternat tipli lisey-məktəbin dəstəyi ilə 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman tədbiri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev bildirib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.

Tədbirdə cüdo, güləş, taekvando, boks və futbol idman növləri üzrə rayon idmançılarının nümunəvi çıxışlar nümayiş etdirildi.

Rayonda "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş tədbirləri davamı olaraq dünən Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 9-11 yaşlı məktəblilər arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.

Bundan əlavə   Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində "8 mart - Beynəlxalq Qadınlar günü"nə həsr olunmuş məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyi start götürüb.

            Qeyd edək ki, 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində keçirilən tədbirlər davam etdirilir.

 

Keçidlər