Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi.

05 mart 2018 | 16:00

5 mart 2018-ci il tarixdə  Biləsuvar rayonunda 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi.
     Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, aidiyyatı təşkilatların rəhbərləri, məşqçi-müəllimlər, respublika, dünya və Avropa yarışlarının qalibləri və gənc idmançılar iştirak etdilər.
      Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov əvvəlcə idmançıları bayram münasibəti ilə təbrik edərək qeyd etdi ki, Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.
      Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova qeyd etdi ki, Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycan həm də idman dövləti kimi tanınır. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Biləsuvar rayonunda müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, idmançılarımızın dünya çempionatlarında, olimpiya oyunlarında uğurları getdikcə artmaqdadır. Azərbaycan idmanının ayrılmaz bir parçası olan Biləsuvar rayon idmançıları da yaradılmış şəraitdən maksimum bəhrələnərək respublika və dünya çempionatlarında idmanın müxtəlif növləri üzrə yüksək nailiyyətlər əldə edirlər.
      Biləsuvar Peşə liseyinin direktoru Rabil Şahbazov tədbirdə iştirak edən bütün idmançıları 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
     Tədbirdə çıxış edən məşqçi və idmançılar onlara göstərilən diqqət və qayğıdan danışdılar, daha böyük idman uğurlarına imza atacaqlarını bildirdilər.
      Tədbirin sonunda idman  sahəsində, dünya çempionatlarında uğurlar qazanmış bir qrup məşqçi-müəllim və idmançılar Biləsuvar rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə  təltif edildilər.

Keçidlər