Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi

28 fevral 2018 | 16:00

28 fevral  2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı  kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirilmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Ağayrı kənd icra nümayəndəliyi üzrə 695  təsərrüfatda 2504  nəfər əhali yaşayır.Kənddə 1 tam orta, 1 ümumi orta məktəb,  tibb məntəqəsi, uşaq bağçası,  kitabxana,  mədəniyyət evi,  poçt şöbəsi  fəaliyyət göstərir.
Tədbirdə Ağayrı  kənd İcra nümayəndəsi Azər Qədimov çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Ağayrı kəndində də xeyli  işlər görülüb.Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə  inşa olunan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun  2 km-lik hissəsi Ağayrı kəndindən keçir. Bundan əlavə kənd məktəbi üçün yeni bina inşa edilmiş, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində kənd əhalisi tərəfindən  310 hektar pambıq əkilmiş və 655 ton məhsul əldə olunmuşdur. Təkcə pambığ məhsulunun becərilməsində 500 nəfərə yaxın kənd əhalisinin məşğulluğu təmin olunmuş  və 260 min manatdan çox gəlir əldə edilmişdir.Bundan başqa ərazidə taxıl, günəbaxan, yonca və tərəvəz məhsulları da əkilmişdir.
A.Qədimov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Son illər rayonumuzda aqrar sahənin, xüsusilə pambıqçılığın inkişaf etməsinin nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir, insanlarımızın məşğulluğu təmin edilir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ağayrı  kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər