Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə tədbiri keçirildi.

27 fevral 2018 | 16:00

     27 fevral 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün,alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəiklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbiri keçirdi.
       Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, rayon Polis şöbəsinin, Təhsil şöbəsinin və Mərkəzi Xəstəxananın əməkdaşları iştirak etdilər.
       Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Azərbaycanda qeyri-infeksion xəstəliklərin 70 faizi tütünlə əlaqəlidir. Hətta bu xəstəliklərdən baş verən ölümlərin əsas və öndə duran səbəbi məhz tütündən istifadədir. 2020-ci ilə qədər Azərbaycanda tütündən istifadənin 10 faiz azaldılması məqsədi qarşıya qoyulub.
      Çıxış edən qonaqlar bildirdilər ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün tütünlə mübarizə ilə əlaqədar bu qanunun qəbul ediləsinin xüsusi önəmi var. Qanunun tətbiqindən sonra siqaretdən istifadə edənlərin 70 faizi siqareti tərgitməyə hazır olduqlarını bildiriblər.
Tədbir çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, “Tütünə qarşı mübarizə üzrə” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası: Tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar və fikir mübadiləsi aparıldı, gənclərə bu zərərli vərdişdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verildi.
       Tədbirin sonunda maarifləndirici videofim nümayiş etdirildi, broşürlər paylandı.

Keçidlər