Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi

23 fevral 2018 | 16:00

23 fevral 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə  rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra  nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
İştirakçılar Xocalı soyqırımından bəhs edən sərgiyə baxdıqdan sonra soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırım haqqında geniş məlumat verdi.Bildirdi ki, erməni  millətçiləri tərəfindən  Xocalıda xalqımıza qarşı  aparılan  bu soyqırım  və  təcavüz iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biridir.
Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür.
Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını  daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 mindən çox soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.
Faciəyə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğati işlərə başlanıldı. Soyqırımın tanıdılması ilə bağlı bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır  və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun  vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşının iç üzü artıq ifşa olunur. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Tədbirdə M.Quliyev bildirdi ki, bu gün Azərbaycanın öz torpaqlarını qorumağa qadir olan güclü ordusu, onun müdrik, uzaqgörən  Prezidenti və Ali Baş Komandanı var. Xalqımız əmindir ki, bir qarış torpaqlarımız belə işğal altında qalmayacaqdır. 2016-cı ilin aprel döyüşləri bunu bir daha həm Ermənistan tərəfinə, həm də bütün dünyaya sübut etdi. Qısa bir vaxtda 2 min hektar ərazi, 1 kənd, bir neçə  yüksəklik, o cümlədən mühüm strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuz tərəfindən azad  olundu. Bütün Azərbaycan xalqı bu qələbəyə ürəkdən sevinir, qüdrətli ordumuzla və Ali Baş Komandanımızla fəxr edir. Hər birimizdə möhkəm bir inam var ki, işğal altında  olan bütün torpaqlarımız tezliklə azad ediləcək, Azərbaycanın ərazui bütövlüyü bərpa olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı  xalqımızın  inamını daha da artırmışdır.Cocuq Mərcanlıda bərpa-quruculuq işlərinə başlanması həm də ölkə Prezidentinin qətiyyəti sayəsində Qarabağ  torpaqlarına böyük qayıdışın başlanğıcıdır.
Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar,  soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını almalarını qeyd etdilər.
Sonda  mədəniyyət işçilərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş musiqilər oxundu,şerlər söylənildi və  tamaşa nümayiş olundu.

 

 

Keçidlər