Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində pambıq əkininə hazırlığın vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı müşavirə keçirildi.

22 fevral 2018 | 16:00

22 fevral  2018-ci il tarixdə Biləsuvar rayon icra Hakimiyyətində pambıq əkininə hazırlığın vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon müşavirəsi keçirildi.
Müşavirədə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri  və mülkiyyətçilər iştirak etdi.
Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev müşavirədə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuz üçün ənənəvi sahə olan pambıqçılığın  inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr  2017-ci ildə də uğurla həyata keçirilmişdir.Bu ilin yanvar ayının 29-da keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransıdakı  dərin və məzmunlu nitqində cənab Prezident geniş təhlillər apararaq, qarşıda duran illər üçün hədəflər müəyyənləşdirilmişdir. Konfransda pambıqçılığın ölkəmizin inkişafı üçün çox önəmli sahələrdən biri olduğunu qeyd edən dövlət başçısı bu sahənin bundan sonra daha da inkişaf etdirilməsini qarşımıza konkret vəzifə olaraq qoymuşdur.Bu məqsədlə pambığın alış qiymətinin artırılması, mülkiyyətçilərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi və  hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına əlavə subsidiyanın verilməsi  bu sahəyə  olan  marağı daha da  artırmışdır.
Biləsuvar rayon üzrə 2015-ci ildə  əkilən 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə  6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və  24762.0 ton məhsul toplanmışdır. Məhsul yığımına görə rayonumuz respublikada ikinci olmuşdur. Məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuşdur ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.
Müşavirədə bildirildi ki, 2018-ci ildə də əkinçilərimiz öz ənənələrini qoruyaraq pambıq əkini sahələrini genişləndirməli və məhsuldarlıqda maksimum nəticələr əldə etməlidirlər.Bu sahədə qarşıya çıxan problemlər ölkə Prezidentinin tapşırığına uyğun olaraq dərhal və köklü şəkildə həllini tapmalıdır.İndiyədək rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə mülkiyyətçilər arasında   7.8 min hektar sahədə pambıq əkini müqaviləsi bağlanılmış və 7.1 hektar əraziyə şum vurulmuşdur. Hazırda bu sahədə işlər sürətlə davam etdirilir.
Müşavirədə çıxış edən rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətindəki işləri qeyd edərək tapşırıq və göstərişlərini verdi.
Sonra rayonun aidiyyəti üzrə təşkilat rəhbərləri və mülkiyyətçilər çıxış edərək görülən işlərdən danışdılar, sahələrin suvarılması və əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.

Keçidlər