Biləsuvar rayonunda "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirildi.
16 fevral 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzinin iclas zalında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirildi.
Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənov, rayonun aidiyyəti idarə, müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatlar, sahibkarlar, ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri iştirak etdi.
Konfransda Xidmətinin rəis müavini Araz Əliyev çıxış edərək respublikamızda bu istiqamətdə görülən işlərdən danışmış və bildirmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, bu gün istehlakçıların hüquqları dövlət tərəfindən qorunur və bu sahədə etibarlı təminat sistemi yaradılmışdır. İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənov çıxış edərək rayonda bu sahədə əldə edilmiş uğurlardan danışmış və bildirmişdir ki, ölkə iqtisadiyyatının ildən-ilə yüksəlməsi vətəndaşların rifah halının yaxşılaşmasına imkan yaratmışdır.Əhalinin keyfiyyətli mallarla təminatını yaxşılaşdırmaq, onların bu sahədəki hüquqlarını qorumaq üçün köklü dəyişikilklər etmək, qida təhlüksəziliyinin idarə edilməsi, keyfiyyətin idarə edilməsi, ətraf mühitin qorunması və.s. beynəlxalq standartları tətbiq etmək, ticarət və ictimai iaşə obyektlərində çalışan xidmət personalının təlimləşdirilməsi, eləcə də həmin obyektlərin modernləşdirilməsi istiqamətində tədbirlər görmək olduqca vacib məsələlərdəndir.Bu sahədə istehsalçıların üzərinə çox mühüm vəzifələr düşür. Əsasən texnoloji əməliyyatların standartlar çərçivəsində aparılması, sanitariya və gigiyena qaydalarının Avropa standartlarına uyğunlaşdırılması, məhsulun istehsal tarixinin, saxlama müddətinin və tempraturunun, tərkibinin göstərilməsi şərti ilə satışa verilməsi, məhsulun keyfiyyətini təsdiq edən sertifikatlarla təmin edilməsi istehsalçının birbaşa borcudur. Istehsalçı satışa çıxardığı məhsulun keyfiyyətinə cavabdeh olmalı və istehlakçıların hüquqlarının qarantına çevrilməlidir.Azərbaycan dövlətinin istehlakçı siyasəti var və istehlakçıların hüquqlarının qorunmasında dövlətin etibarlı təminat sistemi mövcuddur. Bu sahədə dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar sırasında əməkdaşlığın genişləndirilməsi, birgə səylərin artırlması, eləcə də qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi mövud problemlərin kompleks şəkildə həllində əhəmiyyətli rol oynayacaqdır.
Tədbirdə digər çıxış edənlər də istehlakçı hüquqlarının qorunması istiqamətində səmərəli təkliflərini bildirdilər və bu istiqamətdə görüləcək işlər müəyyənləşdirildi.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.