Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

17 yanvar 2013 | 16:00

Dərvişli kəndi rayonun cənub şərqində istiqamətində yerləşir. Dərvişli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Əsgərabad, Aşağı Cürəli, Ağalıkənd, Ovçubərə kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 332 təsərrüfat, 1537 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 kitabxana,1 mədəniyyət evi,1 uşaq bağçası və 1 “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Ağalıkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 4.2 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, 9 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmış, “Modul” tipli su durulducu qurğu tikilərək əhalinin istifadəsinə verilmişdir. Dərvişli kəndi hazırda təbii qazla və. fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
Yanvarın 16-da Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Ağalıkənd kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri S.Şərbətov,İ.İsgəndərov və başqaları çıxış edərək rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki,dövlət səviyyəsində qəbul edilən “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Dərvişli kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar təmir edilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılıb.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli kənd əhalisin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
 

Keçidlər