Şriftin ölçüsü :

Saytın rəngi :

Hindistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri сənab Sancay Rana Biləsuvar rayonuna səfər etmişdir

16 fevral 2018 | 16:00

16 fevral 2018-ci il il tarixdə Hindistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri  cənab Sancay Rana Biləsuvar rayonuna səfər etmişdir.
Biləsuvar rayon  İcra Hakimiyyətində səfirlə keçirilən görüşdə İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev rayonda istər sosial-iqtisadi, istərsə də kənd təsərrüfatının sahəsində görülən işlərdən danışaraq, son illər ayrı-ayrı  sahələrdə əldə olunmuş uğurlar barədə məlumat verdi.
Bildirdi ki, rayonumuzda əsasən kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, tərəvəzçilik sahələri və heyvandarlıq  sürətlə inkişaf  edir. 2015-ci ildə 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə  6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və 24762.0 ton məhsul toplanmışdır. Məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuşdur ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.Bu ildə əhali artıq 8 min hektardan artıq pambıq əkininin müqaviləsini  bağlamışdır.Rayonda  səmərəsiz istifadə olunan Dövlət Fonduna aid 17 min  hektar qış otlaq sahəsinin  təyinatı dəyişdirilərək ərazidə  2 Aqropark yaradılmışdır.
“Yaşıl ada” və “Aqroinvestment GreenFirm” adlanan  Aqroparklarda müasir standartlara uyğun şərait qurularaq, minlərlə insan üçün iş yerləri yaradılmışdır.Aqroparklarda aparılan işlər davam etdirilir.
M.Quliyev səfirə rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC Biləsuvar rayon filialında və “Azərsun Holdinqin” Biləsuvar “Natural Green Land” konserv zavodu haqqında məlumat verdi.
Səfiri Sanjay Rana görüş zamanı rayonda görülən işlərdən məmnunluğunu bildirdi və ona göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi.
Sonra səfir “Azərpambıq” MMC Biləsuvar rayon filialında və “Azərsun Holdinqin” Biləsuvar “Natural Green Land” konserv zavodunda olacağını və buradakı iş şəraiti ilə tanış olacağını qeyd etdi.
Görüşün sonunda Səfirə adət ənənələrimizi əks etdirən xatirə hədiyyələri təqdim olundu.

Keçidlər