Şriftin ölçüsü :

Saytın rəngi :

Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda toplantı keçirildi.

16 fevral 2018 | 16:00

16 fevral  2018-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsi  Heydər Əliyev Mərkəzində “Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda  gənclərlə  toplantı keçirdi.
           Toplantıda Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Aran bölgəsi üzrə nümayəndəsi Taleh Nuriyev, DTX Biləsuvar rayon şöbəsinin əməkdaşı Səfər Məmmədov, Təhsil şöbəsinin əməkdaşı Ağamməd Caniyev iştirak və çıxış etdilər.                     
            Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin  Bağırov toplantının əhəmiyyəti və mövzunun aktullağı barədə  gənclərə geniş məlumat verdi. Toplantıda çıxış edən qonaqlar hazırda respublikamızda dövlət siyasətinə çevrilmiş “İslam həmrəyliyi” ideyası, onun mahiyyəti və müasir beynəlxalq aləmdə bu sahədə görülmüş işlərə münasibət barədə məlumat verdilər, 2017-ci ilin  məhz “İslam Həmrəyliyi ili” elan olunmasının təsadüfü olmadığını və bu ideyanın dünyada dinlərarası dialoqa böyük töhvə verdiyini qeyd etdilər.
            Mövzu ilə əlaqədar  iştirakçıların da münasibəti dinlənildikdən sonra,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gəlmiş  “Şəhadət” sənədli filmi nümayiş etdirildi. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.          

  

Keçidlər