Biləsuvar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6 illiyi qeyd olundu.
13 fevral 2018-ci il tarixdə Biləsuvar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6 illiyi qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoydular.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev xidmətin işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmışdır. Fərman vətəndaşların hərbi xidmətə çağırışı sahəsində idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədini daşıyırdı. Keçən müddət ərzində xidmət və onun rayon şöbəsi tərəfindən xeyli iş görülmüş, əməkdaşlar üzərilərinə düşən mühüm və məsuliyətli vəzifələrin öhdəsindən layiqincə gəlmişlər.
M.Quliyev xidmətin rayon şöbəsinin işçilərinə bir daha uğurlar diləyərək, onlara çətin və şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladı.
Çıxış edənlər peşə bayramları münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinə öz təbriklərini bildirdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Namiq Osmanov çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları peşə bayramlarında Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun evini ziyarət edərək atası Ağakərim İbrahimova xatirə hədiyyəsi təqdim etmişlər.