Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi.

01 fevral 2018 | 16:00

01 fevral 2018-ci il tarixdə Biləsuvar  rayonunda 2 Fevral- Gənclər günü münasibətilə tədbir keçirildi.
Tədbirdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatların  nümayəndələri  və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabitlər iştirak edirdi.
İlk öncə tədbir iştirakçıları  ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər-çiçək dəstələri qoydular, əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan  Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov rayon gənclərini   Gənclər Günü münasibətilə təbrik etdi və  gənclər gününün tarixi və ölkədə aparılan gənclər siyasəti barədə məlumat verdi.Bu sahədə rayonda görülən işlərdən danışdı, biləsuvarlı gənclərin   ötən dövr ərzində  əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən   Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev gəncləri təbrik edərək qeyd etdi ki, hər  bir ölkənin, cəmiyyətin  həyatında  gənclərin rolu  əvəzsizdir. Çünki  gənclər  bizim  sabahımız, işıqlı gələcəyimizdir.Bu  mənada    Azərbaycanda  da   gənclər  cəmiyyətin  həyatında fəal iştirak edir, dövlət quruculuğu  işlərində, müstəqilliyimizin  və  dövlətçiliyimizin  inkişafına öz  dəyərli  töhvələrini  verirlər. Məhz  buna  görə  də  respublikamızda  aparıcı  qüvvə  olan gənclərə  həmişə böyük  diqqət  və  qayğı   göstərilir.
Azərbaycanda   2 fevral tarxinin – Gənclər Günü kimi  qeyd  olunması müdrik siyasi lider   Heydər Əliyevin  adı ilə  bağlıdır. 1996-cı  il  2  fevral  tarixində  ölkə  rəhbəri  Heydər  Əliyevin  dəstəyi  ilə  respublika  gənclərinin I Forumu keçirilmişdir.  Respublika  gənclərinin  həyatında  mühüm  hadisə  olan  bu  forumdan bir il  sonra  Prezident           2  fevral gününün  ölkədə  Gənclər  Günü  kimi  qeyd olunması  barədə  Sərəncam  imzalamışdır.Həmin  müdrik  siyasətin  nəticəsidir  ki, bu  gün  ölkəmizdə  idarəetmə bacarığı  ilə seçilən  intellektual,  geniş  dünyagörüşlü yeni  nəsil  yetişir.
M.Quliyev bildirdi ki, əsası  Ulu  Öndər  Heydər  Əliyev  tərəfindən  qoyulan gənclər  siyasəti  bu  gün  ölkə  Prezidenti cənab İlham Əliyev  tərəfindən çox  böyük uğurla  davam  etdirilir.Cənab İlham Əliyevin rəhbərliyi  ilə həyata  keçirilən gənclər  siyasəti  Azərbaycan gəncliyinin inkişafına təkan  vermiş,onların  cəmiyyətdə  özlərini  təsdiq etməsində mühüm  rol  oynamışdır.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilmişdir.
2007-ci  ilin  ölkəmizdə  “Gənclər  İli”  elan  olunması,  Gənclər  Fondunun  yaradılması, Gənclər  üçün  Prezident  mükafatının təsis  edilməsi,  xüsusuilə “2015-2025-ci illərdə  Azərbaycan  gənclərinin  inkişaf  strategiyası”da  gənclər  üçün  böyük  perspektivlər  açır. Bütün  bunlarda  məqsəd gənclərin  hərtərəfli  inkişafını, cəmiyyətin  həyatında  fəal  iştirakını  təmin  etmək məqsədini  daşıyır.
Biləsuvarlı gənclər də respublikamızın ictimai-siyasi həyatında həmişə öz fəallıqları ilə seçilmişlər. Respublika gənclərinin tərkib hissəsi olan biləsuvarlı gənclərimiz də cəmiyyətimizin   bütün sferasında  əzmkarlıq və  fədakarlıq göstərir, rayonumuzun ictimai-siyasi həyatında, aparılan  abadlıq və quruculuq  işlərində yaxından iştirak edirlər. Rayon  əhalisinin 30 faizini təşkil edən gənclərimiz onlara yaradılan bu gözəl şəraitdən istifadə edərək daima ölkəmizin və rayonumuzun adını ucaltmağa çalışırlar.İstər ali məktəblərdə oxuyan tələbələrimiz, istər bayrağımızı dünya ölkələri arasında ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sıx birlik nümayiş  etdirərək, onun daxili   və xarici siyasəti  ilə həmrəy olduqlarını öz əməli işləri ilə təsdiq   etmişlər.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclər   fəxri fərmanla təltif edildilər. Tədbir  rayon Gənclər və İdman İdarəsinin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə davam etdirildi. Bədii hissədə  gənc müğənnilərin ifasında bəstəkar mahnıları,  musiqi parçaları, həmçinin, milli və dünya rəqsləri təqdim edildi.

Keçidlər