Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “20 Yanvar- Tariximizin qan yaddaşı ”adlı tədbir keçirildi .

19 yanvar 2018 | 16:00

19 yanvar 2017-ci il tarixdə  Regional Mədəniyyət və Turizim idarəsinin və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 28-ci idönümünə həsr olunmuş “Tariximizin qan yaddaşı” adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı aparatının Humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Regional Mədəniyyət və Turizim idarəsinin müdir müavini Rəfiqə Cəfərova rayonun fəal gəncləri və ictimayyətin nümayəndələri iştirak etdilər.
Tədbirdə  20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.Tədbirdə çıxış edən K.Qurbanlı 1990-cı il 20 Yanvar hadisələrindən danışaraq bildirdi ki,keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.  bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Ulu Öndər müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki,  dünya ölkələri  20 Yanvar hadisələrinə  siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı  bir hadisə  kimi tanınsın.
Tədbirdə çıxış edən R.Cəfərova və başqaları 20 yanvar hadisələrinin Azərbaycanın tarixindəki rolundan və 20 yanvar şədlərimizin azadlıq və müstəqillik yolunda apardıqları mübarizədən danışdılar.
Sonda rayon mədəniyyət işçilərinin hazırladıqları əbədi-bədii kompozisya  nümayiş olundu

Keçidlər