Biləsuvar rayonunun uşaq bağçalarında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il tədbiri keçirildi.
26 dekabr 2017-ci il tarixdə Biləsuvar rayonunun uşaq bağçalarında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Səbinə Hüseynzadə, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, bağçanın kollektivi və valideynlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə Şəhər 2 saylı uşaq bağçanın müdiri Sara Hümbətova açaraq 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə iştirakçıları təbrik etdi və bağçanın fəaliyyəti barədə məlumat verdi.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Səbinə Hüseynzadə tədbirdə çıxış edərək qarşıdan gələn 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə bağçanın kollektivini təbrik etdi və xoş arzularını bildirdi.
S.Hüseynzadə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə göstərilən xüsusi qayğının nəticəsidir ki, bu gün rayonumuzda ən müasir tələblərə cavab verən bağçalar tikilərək istifadəyə verilmişdir.Bu bağçalarda uşaqlarin istirahəti və təhsili üçün hər cür şərait yaradılmışdır.
Sonra S.Hüseynzadə bayram münasibətilə bağça kollektivini və balacaları bir daha təbrik etdi.
Tədbirdə uşaqlar tərəfindən ifa olunan müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.