Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “İslam Həmrəyliyi-sülhə aparan yol” adlı tədbir keçirilmişdir

22 dekabr 2017 | 16:00

21 dekabr 2017-ci il Dini Qurumlarla iş üzrə dövlət komitəsinin maliyyə dəstəyi  və Biləsuvar rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayonun  İsmətli kəndində “İslam Həmrəyliyi-sülhə aparan yol” adlı layihənin icrasına başlanılmışdır. İsmətli kənd “Əbülfəzl” məscidi dini icması ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən layihədə nəzərdə tutulan tədbirlər 3 ay müddətində   icra olunacaqdır. Bu münasibətlə  keçirilən ilk tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Azad Nəhmədov, İsmətli kənd “Əbülfəzl” məscidi dini icmasının üzvləri, kənd ziyalıları və gənclər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan  Kamil Qurbanlı iştirakçları rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyevin adından salamlayaraq  həyata keçirilən layihə, onun əhəmiyyəti və mövzunun aktullağı barədə   məlumat verdi.Tədbirdə çıxış edən   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Azad Nəhmədov    “İslam Həmrəyliyi-sülhə aparan yol” mövzusunda geniş nitq söylədi. O, hazırda respublikamızda dövlət siyasətinə çevrilmiş “İslam həmrəyliyi” ideyası, onun mahiyyəti və müasir beynəlxalq aləmdə bu sahədə görülmüş işlərə münasibət barədə məlumat verdi. 2017-ci ilində məhz “İslam Həmrəyliyi ili” elan olunmasının təsadüfü olmadığını və bu ideayanın dünyada dinlərarası dialoqa böyük töhvə verdiyini qeyd etdi. Mövzu ilə əlaqədar  iştirakçıların da münasibəti dinlənildikdən sonra,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gəlmiş  “Şəhadət filimi” nümayiş etdirildi. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.              

           

Keçidlər