Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi təntənə ilə qeyd olundu.

20 dekabr 2017 | 16:00

20 dekabr 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyk yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, məktəb direktorları, mədəniyyət və incəsənət xadimləri iştirak etdi.
Tədbiri Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Rəfiqə Cəfərova açaraq şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verdi.Bildirdi ki, Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyat tarixində silinməz iz qoyan qüdrətli söz ustası Molla Pənah Vaqif, eyni zamanda, özünəməxsus ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi xarakterizə edilir. Azərbaycan şeiri Vaqifin bənzərsiz fitri istedadı və böyük zəhməti sayəsində yeni mərhələyə adlaya bilib. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi bu gün də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Görkəmli Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığı və işıqlı xatirəsinin könüllərdə yaşamasına sahib çıxan doğma Vətəni onun adını məhz mənsub olduğu xalqının yaddaşında mənən yaşadır. R.Cəfərova Vaqifin yaradıcılığının insanların hafizələrində, yaddaşlarında yaşayaraq dövrümüzə qədər gəlib çatdığını qeyd edərək bildirdi ki, onun yaradıcılığını sevən insanlar, bütövlükdə xalq M.P.Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını, müxəmməslərini qələmə almışlar.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da  şairin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir.Molla Pənah Vaqif  dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsusluğu  ilə seçilir. Molla Pənah Vaqif saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm də el-obaya, xalqa yaxın insan olub.
1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.. Vaqif öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mutərəqqi şəxsiyyətlərdən biri оlduğu kimi, Azərbaycan ədəbiyyatının yеni istiqamətdə inkişafına komək еtmiş qüdrətli bir sənətkardır. Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.
Tədbirdə mədəniyyət işçiləri tərəfindən şairin şeirlərindən parçalar oxunub, musiqilər səsləndirilib və  “Vaqif” pyesindən bir səhnə nümayiş olunub.

Keçidlər