Biləsuvar rayonunda “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu” mövzusunda tədbir keçirildi
08 dekabr 2017-ci il tarixdə saat 12:00 Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hakimiyyəti və Biləsuvar Regional Mədəniyyət və Turizim idarəsinin təşkilatçılğı ilə “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Mədəniyyət və Turizim Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, Netçala, Cəbrayıl, Salyan rayon İcra Hakimiyyətlərinin və həmin rayonların mədəniyyət şöbələrinin nümayəndələri iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov çıxış edərək mədəniyyət işçilərini Qarabağ ərazisinin və Qarabağla bağlı olan bütün mədəniyyət nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu sübut edilməsində, bu mürəkkəb mövzunun dünya ictimaiyyətinə populyar, müasir və əlçatan şəkildə çatdırılmasında aktiv olmasına çağırıblar.
Eyni zamanda tədbir çərçivəsində “Azərbaycan milli-mədəni irsin təbliğində Vikipediya – açıq elektron ensiklopediyasının rolu” adlı təqdimat, “Ermənistan işğalçı siyasətinin nəticəsində dağıdılmış maddi-mədəni irs nümunələri” adlı elektron sərgisi və rayon məktəb şagirdlərinin Qarabağ haqqında rəsm sərgisi təqdim olunub.
Daha sonra xalq çalğı alətləri ansamblının ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Tədbirdə həmçinin, AMEA-nın Folklor İnstitutunun və Elmi-Metodiki Mərkəzin birgə layihəsi olan Qarabağın mədəni irsinə həsr olunmuş təbliğat xarakterli açıqçalar toplusunun təqdimatı keçirilmişdir, mədəniyyət işçilərinin iştirakı ilə “Mədəniyyətimizin qorunması və təbliğində İKT potensiallarından səmərəli istifadəsində vətəndaş fəallığının rolu” adlı açıq diskussiya və milli mədəniyyətimizin təbliğində İKT-nin mühüm əhəmiyyətinə həsr olunmuş Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı təşkil olunub.
Tədbir çərçivəsində Mədəniyyət və Turizim Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən “Azərbayca Milli mədəni irsin təbliğində Vikipediya açıq elektron ensiklopediyasının rolu”, “Ermənistannın işğalçı siyasətinin nəticəsində dağıdılmış maddi-mədəni irs nümunələri” adlı elektron sərgi,Qarabağın mədəni irsinə həsr olunmuş açıqcalar toplusunun təqdimatı, habelə milli mədəniyyətimizin təbliğində İKT-nin roluna həsr olunmuş metodiki vəsaitlərin təqdimatı nəzərdə tutulur.