Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “AZƏR-GAK” İran-Azərbaycan birgə müəssisəsi tərəfindən kənd təsərrüfatı texnikalarının satış sərgisi keçirildi.

07 dekabr 2017 | 16:00

07 dekabr 2017-ci il tarixdə Biləsuvar rayonunun Çaylı kəndində “AZƏR-GAK” İran-Azərbaycan birgə müəssisəsinin istehsalı olan kənd təsərrüfatı texnikalarının satış sərgisi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “AZƏR-GAK” İran-Azərbaycan birgə müəssisəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrolizinq” ASC-nin nümayəndələri, rayonun aidiyyəti  idarə, müəssisə, təşkilat rəhbərləri, sahibkarlar və rayon ictiaiyyətinin nümayəndələri   iştirak etdi.
Tədbirdə “AZƏR-GAK” İran-Azərbaycan birgə müəssisəsinin nümayəndəsi çıxış edərək şirkətin Biləsuvarda satış mərkəzinin yaradılması və burda nümayiş olunan texnikalar barədə ətraflı məlumat verdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev iştirakçıları salamlayaraq bu satış sərgisinin əhəmiyyətini qeyd etdi.Bildirdi ki, rayonumuz kənd təsərrüfatı rayonu olduğu üçün bu texnikaların satışının birbaşa rayonda aparılması təqdirəlayiq hadisədir.Mülkiyyətçi heç bir yerə getmədən istənilən vaxt güzəştli şərtlərdlə buradan texnika ala bilər.
Sonra texnikalara baxış keçirildi və söhbət çay süfrəsi arxasında davam etdirildi.

Keçidlər