Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivısində iş axtaran qadınlar üçün Əmək Yarmarkası keçirildi.

18 noyabr 2017 | 16:00

 18 noyabr 2017-ci il tarixdə Biləsuvar rayon Olimpiya və İdaman Kompleksində  Avropa İttifaqı və BMT inkişaf Proqramının maliyyə dəstəyi  ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT İnkişaf Proqramının və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin  birgə həyata keçirdiyi “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivısində  iş axtaran qadınlar üçün Əmək Yarmarkası keçirildi.                               Dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi işsiz qadınları təhsil və bacarıqlarına əsasən işəgötürən şirkətlərlə görüşdürməkdir. Bir başqa məqsəd isə yerli işaxtaran qadınlara iş tapmaqda kömək etmək və onların iqtisadi hüquqlarını daha fəal şəkildə həyata keçirməkdir.                                                                                                              Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, Rayon Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynov, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və cəmiyyətin müşaviri Leyla Fəthi iştirak etdi Tədbirdə İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova çıxış edərək  “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivısində  iş axtaran qadınlar üçün Əmək Yarmarkası keçilməsinin rayon üçün böyük əhəmiyyətinin olduğunu bildirdi.İş axtaran qadınların cəmiyyətdə rolunun artırılması, məşğulluğunun təmin olunması günün aktual məsələlərindəndir.Bu istiqamətdə aparılan işlərin qadınların sosial həyatda rolunun artırılması üçün əsas şərtlərdən biri olduğunu vurğuladı. Tədbirdə Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev iş axtaran qadınlar üçün Əmək Yarmarkasının keçirilməsinin vacibliyini vurğuladı. Tədbirdə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və cəmiyyətin müşaviri Leyla Fəthi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin    nümayəndəsi  Tural Hüseynov çıxış edərək müasir dövürdə qadınların cəmiyyətdəki rolundan, onların məşğulluğunun təmin edilməsi istiqamətində aparılan işlərdən və gələcəkdə həyata keçiriləcək layihələrdən danışdılar. Əmək Yarmarkasında rayonun müəssisə və təşkilatlarından 22 vakat iş yeri təklif olundu və vakat yerlər üzrə 57 nəfər qadın müraciət etmişdir. Onların işlə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirildi.

Keçidlər