Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi

08 noyabr 2017 | 16:00

08 noyabr  2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, YAP Biləsuvar rayon ərazi ilk partiya təşkilatının sədrləri və partiya təəssübkeşləri  və rayon ictimaiyyətinin nümayəndələr nümayəndələri iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra  YAP Biləsuvar  rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzu daha da yüksəlir çünki ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.Respublikamızda ilk rayon təşkilatlarından olan YAP Biləsuvar  rayon təşkilatı 1993-cü ilin yanvar ayının 12-də öz təsis könfransını keçirib. Ötən müddət ərzində YAP Biləsuvar rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Hal-hazırda rayon təşkilatı öz ətrafında 70 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün  təşkilatının üzvlərinin sayı 5069 nəfərdir. YAP Biləsuvar rayon təşkilatı öz sıralarını daim genişləndirərək  Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən daim ləyaqətlə gəlmiş və bundan sonra da var qüvvəsi ilə çalışacaqdır.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyası yaranma tarixindən danışdı.Bildirdim ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz bu bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzu daha da yüksəlir çünki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir. Prezident İlham Əliyevin partiyaya rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilərək partiyanın siyasi gücü əhəmiyyətli dərəcədə artıb və ölkənin siyasi mühitinin hakim təşkilatına çevrilib.
Tədbirdə  çıxış edənlər  YAP-ın və müasir Azərbyacan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Yeni Azərbaycan Partiyasının böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir..
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə fərxri fərmanlar vəYeni Azərbaycan Partiyasının yeni üzvlərinə vəsiqələr təqdim edildi.

Keçidlər