Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Çinarlı-Aranlı kəndlərində yeni qaz xəttinin açışı və əhalinin təbii qazla təmin ediləsmi ilə bağlı tədbir

25 dekabr 2012 | 16:00

24 dekabr 2012-ci il tarixdə rayonun Çinarlı-Aranlı kəndində yeni qaz xəttinin açılışı və əhaliyə təbii qazın verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Qağaməli Seyfullayev iştirak etmişdir.
Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonun qazlaşdırılması istiqamətində geniş miqyaslı işlərə başlanılmışdır. 2012-ci ilin əvvəlinə rayonun 6 yaşayış məntəqəsi-Biləsuvar şəhəri, Xırmandalı, Bəydili, Əliabad, Zəhmətabad və Əsgərabad kəndləri təbii qazla təmin edilmişdir.Cari ildə rayonun daha 7 kəndində- Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Amankənd, Ağalıkənd, Dərvişli və Aşağı Cürəli kəndlərinə təbii qazın verilişi bərpa olunmuşdur.Hazırda rayonun kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Ümumilikdə bu ilin sonunadək rayonun 16 yaşayış məntəqəsi tam qazlaşdırılacaqdır. 2013-cü ilin birinci rübündə isə İsmətli, Ağayri və Günəşli kəndlərinə təbii qazın verilişi bərpa ediləcəkdir.Rayonun sovet dovrundən qaz olmayan Nərimankənd, Nəsimi, Səmədabad, Çaylı, Yuxarı Ağalı kəndlərində də gələn il qaz çəkilişi başa çatdırılacaqdır. Rayonun Çinarlı və Aranlı kəndlərində yeni qaz xətlərinin çəkilməsi nəticəsində 210 abonet təbii qazla təmin ediləcəkdir.M.Quliyev rayon əhalisinə göstərilən bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə biləsuvarlılar adından öz minnətdarlığını bildirdi
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru müavini Qağaməli Seyfullayev çıxış edərək respublikamızın bütün regionlarında əhalinin təbii qazla təmin edilməsi istiqamətində ciddi işlərin aparıldığını bildirdi və Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2013-cü ilin sonunadək respublikamızda qazlaşma işinin əsasən başa çatdırılacağını qeyd etdi.
 

Keçidlər