Biləsuvar rayonunda növbəti qanvermə aksiyası keçirildi
24 oktyabr 2017 | 16:00
24 oktyabr 2017-ci il tarixdə Biləsuvar rayon xəstəxanasında talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanlara kömək məqsədilə qanvermə aksiyası keçirildi.
Aksiyada rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək qan verdilər.
Gün ərzində davam edən tədbirdə Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən rayonun 150 nəfərdən çox sakinindən qan götürüldü