Biləsuvar rayonunda rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə “Torpaqdan istifadə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin artırılması” mövzusunda işgüzar form keçirildi
06 oktyabr 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə “Torpaqdan istifadə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi” mövzusunda işgüzar form keçirdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Elsəvər Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müşaviri Rafiq Süleymanov, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər iştirak etdi.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Elsəvər Həsənov rayonda bu sahədə görülən işlər və torpaq mülkiyyətçiləri arasında aparılan maarifləndirici tədbirlər barədə ətraflı məlumat verərək bildirb ki,, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində rayonda tədbirlər gücləndirilir, monitorinqlər təşkil edilir.
Sonra Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müşaviri Rafiq Süleymanov çıxış edərək bildirdi ki, maarifləndirici tədbirin keçirilməsində məqsəd regionlarda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və onların hüquq və vəzifələrini izah etməkdir.
Rafiq Süleymanov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə toxunaraq torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı görülən tədbirlərdən danışdı.
Tədbirdə yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərin torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələri nəzərə çatdırılaraq torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib.Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Pay torpağı alan vətəndaşların xüsusi mülkiyyətlərində olan həmin torpaqlardan ümumiyyətlə istifadə etməməsi və ya təyinatına zidd istifadəsi barədə məsələlər müzakirə edilib. Torpaq təyinatına uyğun istifadə edilmədikdə istifadəçidən geri alınır, yenidən dövriyəyə qaytarılır.
Tədbirdə komitənin mütəxəssisləri “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” slayd- təqdimatla çıxış edərək, torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar barədə ətraflı məlumat verdilər.
Tədbirin sonunda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.