Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda yetkinlik yaşına çatmayanlar arasında maarifləndirmə tədbiri keçirildi

27 sentyabr 2017 | 16:00

27 sentyabr 2017-ci il  tarixində  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində   Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda yetkinlik yaşına çatmayanlar arasında maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Əkbər Əkbərov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyatı təşkilatların rəhbərləri,  rayon Polis, Təhsil, Səhiyyə şöbələrinin, Gənclər və İdman idarəsinin məsul işçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etdi.
Tədbiri rayon Polis şöbəsinin rəisi polis polkovniki Əlyəddin Səfərov açaraq narkomaniya ilə mübarizədə aparılan bu cür maarifləndirici tədbirlərin əhəmiyyətinin çox yüksək olduğunu qeyd etdi.Bildirdi ki, bu bəlanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Narkomaniya və narkotizm beynəlxalq problemə çevrilib. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin günbəgün gücləndirilməsinə baxmayaraq, o, yoluxucu xəstəlik kimi yayılmaqdadır.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meylliliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” və “Yetkinlik yaşına çatmayan qızların erkən nigahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Toplantıda rayon Prokuroru Qabil Əliyev, rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, rayon İcra Hakimiyyəti Başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Məhərrəm Qurbanlı, Mərkəzi xəstəxananın narkoloq-həkimi Əli Kişiyev çıxış edərək bu sahədə rayonda görülən işlər və qarşıya çıxan problemlər barədə fikirlərini bildirdilər. Qeyd olundu ki, respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər    Biləsuvar rayonunda  gündəlik və daimi xarakter daşıyır, xüsusən məktəblilər, yeniyetmələr, şagirdlər    arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir.   Bütövlükdə isə narkomaniyaya qarşı mübarizə tədbirləri, ilk növbədə, yeniyetmə və gənclər arasında maarifçilik işləri, Rayon rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdəki işlər gələcəkdə daha geniş şəkildə davam etdiriləcəkdir.
Tədbirdə  bu sahədə mübarizə aparmaq üçün gəncləri düşündürən suallar cavablandırıldı,onlara bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda antinarkotizmi təbliğ edən qısametrajlı film nümayiş olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər